“Sülh müqaviləsində Qarabağa dair heç nə yoxdur”backend

“Sülh müqaviləsində Qarabağa dair heç nə yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son günlər Azərbaycanla sülh müqaviləsi mövzusunda müzakirələr xeyli inetnsivləşib. Tribunainfo.az xəbər verir ki, bu mövzuda təkcə hökumət nümayəndələri deyil, həmçinin siyasətçilər, ekspertlər və politoloqlar da davamlı olaraq fikir bildirirlər.
Ötən gün bununla bağlı yerli mediaya danışan ekspert Menua Soqomonyan bildirib ki, Azərbaycanla mümkün sülh sazişində Qarabağ məsələsi yer almayacaq. “Sülh müqaviləsində Qarabağ mövzusu yoxdur. Azərbaycan birmənalı olaraq bu məsələni müzakirə etməyəcəyini və buna imkan verməyəcəyini bəyan edib”.