Sülh müqaviləsi Moskvada imzalanacaq? – Ekspertdən izah

Sülh müqaviləsi Moskvada imzalanacaq? – Ekspertdən izah

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lavrov elan etdi ki, Azərbaycan Rusiyada sülh sənədi imzalamağa hazırdı, amma Ermənistanın mövqeyi məlum deyil. Bu mövzuda Tribunainfo.az-a danışan siyasi ekspert Ramiyə Məmmədova deyir ki, Paşinyan “rus masası”ndan imtina edir.

Onun sözlərinə görə, İrəvanı Qərbdəki dostları buna vadar edir. Ekspert hesab edir ki, Paşinyan Brüssel və ya Vaşinqton platformasında sülh müqaviləsi bağlanması tərəfdarı kimi görünür, lakin ümumiyyətlə, onun sülh danışıqlarını uzatdığı göz önündədir: “Bizim üçün sənədin harada imzalanması fərq etmir. Hazırda ikitərəfli danışıqlar gedir. Rusiya və Qərb hələ ki müdaxilə etmir. Əgər belə davam etsə, kənar təsir olmasa, sülh sazişi bağlana bilər. Rusiya istəyir ki, sənəd onun vasitəçiliyi ilə imzalansın. Amma Qərb buna imkan vermir”.