“Sülh müqaviləsi eşşəyin qabağına qoyulmuş samandır”

“Sülh müqaviləsi eşşəyin qabağına qoyulmuş samandır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla razılaşdırılmış müqavilə imzalanmayacaq. Çünki həmin sənəd eşşəyin qabağına qoyulan saman kimidir. Yəni, eşşək samanı görüb irəli getsin”. Tribunainfo.az xəbər verir ki, bu sözlər ekspert Armine Adibekyana məxsusdur.

O vurğulayıb ki, Azərbaycana 1000 il o müqavilə lazım deyil. “Konstitusiyaya dəyişiklik edilsə, digər tələblər yerinə yetirilsə belə, heç bir müqavilə imzalamayacaq”.

Adibekyanın sözlərinə görə, İrəvan Bakıya verilsə belə, yenə heç nə dəyişməyəcək. “Çünki Azərbaycan açıq şəkildə bəyan edib ki, Ermənistan Qərbi Azərbaycandır və Ermənistan bütün əraziləri, o cümlədən İrəvanı qaytarmalıdır”.

Uğur Rəhimli