Ermənistanda hələ də silah gücünə bölgədə hegamonluq etməyin mümkün olduğunu düşünən yarımağıllılar var. Onlar hesab edirlər ki, güclü ordu ilə istənilən işi görmək mümkündür.
Tribunainfo.az xəbər verir ki, bu ağılda olan ermənilərdən biri də ekspert Armen Manvelyandır. O deyir ki, sülh ancaq ordu ilə mümkündür. “Ermənistan Azərbaycanla sülhə nail olmaq istəyirsə, ordusunu gücləndirməlidir. Çünki sülh ancaq ordu ilə möhkəmlənir”.