Bu gün, sentyabrın 25-də Slovakiya hökumətinin başçısı Robert Fikoya içərisində güllə olan zərf çatdırılıb. Bu yaxınlarda siyasətçi sui-qəsddən sonra sağ qalıb.
Bu barədə Tribunainfo.az yerli “Aktuality” nəşrinə istinadən xəbər verir.
“Biz təsdiq edə bilərik ki, Slovakiya Respublikasının Baş nazirinin adına güllə olan zərf bu gün hökumət idarəsinə çatdırılıb”, – hökumət idarəsindən nəşrə verilən şərhdə deyilir.
Qeyd olunur ki, zərf Konstitusion vəzifəli şəxslərin və diplomatik nümayəndəliklərin mühafizəsi idarəsinin əməkdaşları tərəfindən yoxlanılıb. Güllə rentgen müayinəsi zamanı aşkar edilib.
“Bu məsələ ilə Bratislava regional polis idarəsinin tabeliyində olan müvafiq bölmənin polis əməkdaşları məşğul olurlar”, – Bratislava polisinin sözçüsü Mişal Seyff bildirib.