Sudanda çevriliş edən Auf da istefa verdi

Sudanda çevriliş edən Auf da istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda siyasi gərginlik davam edir.

TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dünən hərbi çevriliş edərək prezident Ömər əl-Bəşiri devirən müdafiə naziri Avad ibn Auf da hakimiyyətdən əl çəkib.

Auf və müavini Kamal Abd əl-Maaruf hakimiyyəti ələ alan Hərbi Şuranın rəhbərliyindən istefa verib. O, istefanın səbəbini etimadsızlıqla əlaqələndirib.

Aufun yerinə Baş Qərargah rəisi Əbdülfəttah əl-Burxan gəlib.