SÜD MƏHSULLARINI BELƏ SAXLAMAQ LAZIMDIR…backend

SÜD MƏHSULLARINI BELƏ SAXLAMAQ LAZIMDIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlam qidalanma yediyimiz hər şeyin yeni olmasından başlayır. Ancaq elə qidalar var ki, bir gündə onları tükətmək mümkün olmur. Məsələn, süd və süd məhsulları bu cür qidalardandır. Lakin onların da yeni kimi qalması üçün saxlanma şəraitinə xüsusi önəm vermək lazımdır.

Tribunainfo.az yazır ki, süd və süd məhsullarının saxlanma şəraiti düzgün seçilsə o məhsullar daha xeyirli ola bilər. İlk növbədə bu məhsulları saxlamaq üçün soyuducunun temperaturu 4-6 dərəcə arasında olmalıdır. Soyuducuda saxlanacaq məhsullar hava ilə təmas etməyən qablara yerləşdirməlidir. Soyuducuya geri qoyacağınız məhsul, təmiz və fərqli bir qabda saxlanmalıdır. Məhsullarınızı qətiyyən eyni qabda saxlamayın.

Südü – otaq istiliyində qətiyyən saxlamayın. Ağzı açılmış paket südlər soyuducunuzda ən çox 2-3 gün qalmalıdır. Əgər qutu açılmayıbsa, son istifadə tarixinə qədər saxlaya bilərsiniz.

Pendir – açıldıqdan sonra sellofana bükərək mühafizə edə bilərsiniz. Bütün pendir növlərini fərqli qablarda saxlayaraq ömürlərini uzada bilərsiniz.

Qatıq – mümkün olduqca qısa zamanda yeyilməlidir. Soyuducuda elə saxlanmalıdır ki, hava ilə təması minimum olsun.

Kərə yağı – digər süd məhsullarına nisbətən daha uzun müddət istifadə edə biləcəyiniz bir qidadır. Adətən şüşə və plastik maddə tərkibi olmayan qablarda mühafizə edilir.

Qaymağı – da qatıq kimi mümkün qədər tez müddətdə yeyib qurtarmaq lazımdır. Soyuducuda elə saxlanmalıdır ki, hava ilə təması minimum olsun.