ReAL Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli kənd təsərrüfatı sahəsində çalışanlara subsidiyaların verilməsi məsələsində problemlərdən danışıb.
Bakupost.az -a müsahibəsində ekspert bu sahədə korrupsiya və inhisarçılığın olduğunu da vurğulayıb.
Onun sözlərinə görə, tənqidlərdən sonra bu sahədə müəyyən dəyişikliklər oldu:
“Belə ki, subsidiyalar əvvəllər sahəyə görə verirdilərsə, indi məhsulun həcmi və keyfiyyətinə görə verilir. Eyni zamanda, əvvəllər subsidiyalar rayon icra hakimiyyətləri vasitəsilə ayrılırdı. Onların da iş prinsipini bilirik, hansı korrupsiya mexanizmlərində adlarının tez-tez hallandığının şahidi olduq, onlarla cinayət işi açıldı və s. Sonradan fermerlərə o pulun heç yarısı gedib çıxmırdı. İndi subsidiyalar ünvanlı şəkildə verilir. Ancaq burada da başqa problem ortaya çıxıb. Belə ki, məbləğin 75 faizini fermerin nağdlaşdırmasına icazəsi yoxdur. Həmin pulun 25 faizini götürə, gübrə ala bilər və s. Ancaq gübrəni və toxumu də istədiyi yerdən ala bilməz. Yalnız bəlli, xüsusi yaradılan yerdən ala bilər”.
Natiq Cəfərli subsidiyaların verilməsində inhisarçıların marağının önə çıxdığını da bildirib.
Ətraflı videoda..