backend

Su sayğacları yenidən dəyişdirilir – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərsu ASC smart tipli sayğacları dəyişməyə başlayır. 

Azərsu ASC smart tipli sayğacları dəyişməyə başlayır.


TİA.AZ xəbər verir ki, bu haqda məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı paylaşıb. Ona bu baqda Nizami rayon Su Kanal İdarəsinin işçisi məlumat verib. Bildirib ki, smart tipli sayğacların çoxu qüsurlu və nasaz olduğu üçün dəyişdirilir:

“Məni də xəbərdar etdi ki, kartdakı su qurtaranda xəbər edim, gəlib dəyişsinlər. Yaxın günlərdə bütün smart tipli sayğacların deyişdirilməsinə başçlanılacaq”.

Azərsu ASC-dən yayılan məlumatla bağlı açıqlama veriləcəyi bildirildi.

Qeyd edək ki, smart tipli su sayğaclarının quraşdırılmasına 2012-ci ilin may ayında başlanılıb.

***

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Axar.az-a bildirib ki, smart tipli sayğacların kütləvi dəyişdirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ola bilər ki, fərdi qaydada kiminsə sayğacında problem yaranıb və o, yenisi ilə əvəzlənib və ya əvəzlənəcək. Ancaq bu, kütləvi şəkildə deyil. Yəni smart tipli sayğaclarda heç bir qüsur yoxdur və dəyişdirilməsi də gözlənilmir”.