ABŞ-ın Detroit şəhərinin məhəlləsində 1930-cu illərdə tikilmiş magistral su xətti partlayıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, naməlum səbəbdən baş verən partlayışdan sonra məhəlləni su basıb.
Havanın temperaturu -21 dərəcəyə endiyindən küçələri basan su donub. Küçədə dayanan nəqliyyat vasitələrinin donmuş suda qalması ilə bağlı maraqlı görüntülər ortaya çıxıb.
Bildirilib ki, baş verən hadisədən sonra bələdiyyə rəsmiləri problemin həlli istiqamətində işlərini davam etdirib.
Dəniz