AZAL-ın təyyarəsinin qəzaya uğraamsı nəticəsində vəfat edən stüardessa Hökumə Əliyevanın atası ilk dəfə açıqlama verib.
Tribunainfo.az xəbər verir ki, Cəlil Əliyev jurnalistlərə açıqlamasında övladının arzularından və uğurlarından danışıb. O bildirib ki, Hökümə işlədiyi dövrdə 100-dən çox ölkə gəzib:
“Doktranturanın son kursunda idi. Goranboy rayon Dövlət Sosial Müdafiə Fondunda işləyirdi. Sonra da imtahan verdi və burada işləməyə başladı. Arzuları çox idi. Dünyanın 100-dən çox ölkəsini gəzmişdi”.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Qəzaya uğramış təyyarənin pilotları və stüardessa Hökumə Əliyeva II Fəxri Xiyabanda dəfn olunacaqlar
Ətraflı videoda: