Gündəlik həyatda müxtəlif şərtlər səbəbiylə stress baş verə bilər. Sıx iş tempi, xüsusilə böyük şəhər həyatı və trafikdə həddindən artıq vaxt keçirmə kimi vəziyyətlər stress səviyyəsini artıra bilər. Mütəxəssis Dietoloq Şükrü Can Gülşen stressi azaldan qidalar haqqında məlumat verdi.
Tribunainfo.az həmin qidaları təqdim edir.
Balqabaq toxumu: Tərkibindəki maqnezium stress zamanı artan kortizol hormonunu aşağı salaraq stress vəziyyətini azaldır.
Quşüzümü:
Tam dopamin istehsalçısıdır. Bu səbəbdən stress azalır və beyin rahatlaşır.Sərbəst radikallarla mübarizə apardığı üçün xəstəliklərə qarşı divar rolunu oynayır və bədənimizi qoruyur.
Somon: Tərkibindəki n-3 yağ turşuları beyin inkişafını və yaddaşı gücləndirir. Beyin özünü təhlükəsiz hiss etdiyi üçün stress yaratmır, həmçinin faydalı yağlardan xolesterolu azaldır və əzələləri gücləndirir.
Yulaf: Yüksək lif miqdarına görə serotonini artıran xoşbəxtlik hormonunu təmin edir.
Tünd şokolad: Nörotransmitterlərin səviyyəsini artıraraq serotonini artırır. Bundan əlavə, lifli quruluşu və digər şokoladlarla müqayisədə kalorisi az olduğu üçün arıqlamaq istəyənlər pəhrizlərində istifadə edə bilərlər.
Yaşıl Çay: Tərkibində L-Theanine amin turşusu var. Bu, dopamin hormonlarının istehsalına kömək edərkən; stress və narahatlığı azaldır. Bir sidikqovucu olduğu üçün, həm də pəhriz saxlayan insanlara ödemi aradan qaldıraraq arıqlamağa kömək edir.
Yaşıl Mərci: Selenium mənbəyi olduğu üçün əhval-ruhiyyəni yaxşılaşdırır. O, həm də bitki mənşəli protein mənbəyidir və əzələ hipertrofiyasında çox təsirlidir.
Qırmızı Bibər: Askorbin turşusu mənbəyidir. Askorbin turşusu kortizol hormonunu azaldaraq stress faktorunu azaldır.Bundan əlavə antioksidant xüsusiyyətləri sayəsində immunitetimizi qoruyur və xəstələnməkdən qoruyur.
Yumurta: Tərkibindəki əvəzolunmaz amin turşusu, xüsusilə triptofan sayəsində serotonin hormonunun ifrazını artırır. D vitamini, sink, maqnezium və seleniumun zəngin mənbəyidir. Əzələ, sümük və diş sağlamlığı üçün hər gün istehlak edilməlidir.
Kefir: Probiotik qidalar bağırsaq florasını tənzimləyərək stressi azaltmağa kömək edir. Tərkibindəki probiyotiklər sayəsində bağırsaqların da yaxşı işləməsini təmin edir.