Hər kəs bilir ki, stress xərçəngin böyüməsinə və yayılmasına səbəb olur. Bəs stress xərçəngin böyüməsinə və yayılmasına necə səbəb ola bilər? Tədqiqatlar uzun illərdir maraq doğuran sualın cavabını nəhayət tapıb.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki,Nyu Yorkdakı Cold Spring Harbor Laboratoriyasından bir qrup, xroniki stressin neytrofillər adlanan ağ qan hüceyrələrinin yapışqan şəbəkələr meydana gətirməsinə səbəb olduğunu və xərçəng hüceyrələrinin toxumaları işğal etməsini asanlaşdırdığını müəyyən etdi.
Döş xərçəngi olan laboratoriya siçanları üzərində aparılan bir araşdırma, siçanlar stress altında olduqda xərçəngin yayılma riskinin iki-dörd dəfə artdığını ortaya qoydu. Stress həmçinin immun sisteminin digər hissələrinə də təsir edir, məsələn, mühüm immun hüceyrələrin fəaliyyətini boğur, ağciyərləri xərçəng hüceyrələrinin çoxalması üçün daha qonaqpərvər bir yerə çevirir. Digər tərəfdən, araşdırma stressin xərçəngin böyüməsini təşviq etdiyini təsdiqləsə də, ilk növbədə stressin şişlərə səbəb olduğunu sübut etmir.