Çinin Siçuyan universitetinin alimləri xroniki stresin bağırsaq xərçəngində rolunu sübut ediblər.
Tribunainfo.az xəbər verir ki, Siçanlar üzərində aparılan eksperimentdə bağırsağın stresə reaksiyası izlənilib.
Belə ki, güclü stresə məruz qaldıqdan sonra onların bağırsaq mikrobiomu və bakteriyaların durumu öyrənilib.
Məlum olub ki, xroniki stress bağırsaqda çox sayda faydalı bakteriyaları, xüsusən Lactobacillus kəskin azaldır, nəticədə bağırsaqlarda polip, şişlərin sürətli inkişafını artırır.
Çünki Lactobacilluslar orqanizmin antixərçəng cavabını təmin edir.
Əlavə sübutlar üçün alimlər siçanlaa laktobakteriyalı, probiotikli yem verib.
Müşahidələr göstərib ki, bu zaman şişlərin və metastazların inkişafı ləngiyib.
Alimlərin sözlərinə görə, bu araşdırma kolorektal xərçəngin profilaktikasında yeni imkanlar açacaq.
Lactobacillus xərçəng əleyhinə təsiri araşdırılmalıdır.