STRATEJİ SƏBR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya prezidenti Vladimir Putin dunən  öz açıqlamasında ABŞ-ın ölkəsinə qarşı sanksiya tətbiqinin və bir çox başqa addımlarının beynəlxaq normalara uyğun gəlmədiyini dedi.  

“Rusiya prezidenti Vladimir Putin dunən  öz açıqlamasında ABŞ-ın ölkəsinə qarşı sanksiya tətbiqinin və bir çox başqa addımlarının beynəlxaq normalara uyğun gəlmədiyini dedi. 

Əgər Amerikanın etdikləri düz deyilsə, onda bunun düz olmadığını deyən və onun əziyyətini çəkənlər niyə başqalarına yanaşmada da oxşar siyasət yeridirlər?”.

TİA.AZ xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bu gün öz açıqlamasında ABŞ-ın ölkəsinə qarşı sanksiya tətbiqinin və bir çox başqa addımlarının beynəlxaq normalara uyğun gəlmədiyini dedi və bütün bunları köntöylük adlandırdı:
“Siz necə fikirləşirsiniz, beynəlxaq normaları pozmaqda suçlandırılanla suçlandıranın Minsk qrupunun həmsədrləri olaraq Azərbaycanın işğal altındakı torpaqlarına yanaşmaları necə, beynəlxalq normalara uyğundurmu? Və həmən Rusiyanın, başında Sergey Lavrovun durduğu Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ məsələsində yeritdiyi siyasətin adı nədir? Köntöylük sözü burada cılız qalmırmı?
Əgər Amerikanın etdikləri düz deyilsə, onda bunun düz olmadığını deyən və onun əziyyətini çəkənlər niyə başqalarına yanaşmada da oxşar siyasət yeridirlər? Həm də elə bir dövlətə qarşı ki özünün Amerikaya yanaşmada sərgilədiyi, yumşaq desək, dostluq çərçivəsindən çıxan davranışı onda görməyib və görmür. Cənab Putin hələlik səbrli davrandıqlarını dedi, biz də səbrliyik, buna strateji səbr deyirlər”.

İlahə