Stoltenberq Ukraynaya hərbi yardımın gecikdirilməsindən narazıdır

Stoltenberq Ukraynaya hərbi yardımın gecikdirilməsindən narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Baş katibi Ukraynaya hərbi yardımın gecikdirilməsi ilə bağlı çağırış edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın XİN rəhbərlərinin iclasından əvvəl mediaya açıqlamasında deyib.

O bildirib ki, Rusiya son günlər Ukraynaya qarşı yeni hücum dalğasını başladıb: “Ukraynanın mülki əhalisinə və infrastrukturuna zərbələr endirilir və həmçinin cəbhə xətti boyunca Rusiya təzyiqlər edir. Ona görə də biz Ukraynaya dəstəyimizdə qətiyyətli olaraq qalmalıyıq. Ukraynanın təcili ehtiyacları var və yardım təminatında istənilən gecikmənin döyüş meydanında Ukrayna üçün nəticələri olur. Ona görə də biz yardım dinamikasını dəyişməliyik. Biz Ukraynaya uzun müddətli yardımdan əmin olmalıyıq. Ona görə də biz könüllü yardımdan daha çox, NATO öhdəliklərinə etibar etməliyik. Qısamüddətli yardımdan daha çox uzunmüddətli yardıma fokuslanmalıyıq”.

NATO Baş katibi əlavə edib ki, NATO müttəfiqlərinin xarici işlər nazirləri Ukraynaya çoxillik yardım mexanizminin yollarını müzakirə edəcəklər.