NATO-nun keçmiş baş katibi Stoltenberq Putini Ukraynada qalib gəlməyəcəyinə inandırmağa çağırıb.
Tribunainfo.az-ın xəbərinə görə, Yens Stoltenberq bəyan edib ki, Ukraynadakı münaqişəyə son qoymağın yeganə yolu prezident Vladimir Putini Rusiyanın qalib gəlməyəcəyinə inandırmaqdır.
“Ukraynada müharibəyə son qoymağın yeganə yolu Putini döyüş meydanında qalib gəlməyəcəyinə inandırmaqdır. Düşünmürəm ki, biz Putini fikrini dəyişməyə məcbur edə bilmərik. Onun məqsədi Ukraynaya nəzarət etməkdir. Amma düşünürəm ki, onun hesablamalarını dəyişdirə bilərik ki, o, Ukraynaya nəzarət üçün ödəməli olduğu bədəlin çox yüksək olduğunu başa düşsün”, – Stoltenberq əsaslandırıb.
O hesab edir ki, bu nəticəni Ukraynaya hərbi yardım göstərməklə əldə etmək olar ki, bu da danışıqların uğuru üçün çox vacibdir.
NATO-nun keçmiş baş katibi hesab edir ki, Qərb Kiyevə uzunmüddətli dəstək verməyə sadiq olmalıdır.
Dəniz Pənahova