Stoltenberq Rusiyanın hərbi gəmilərinin nəylə vurulduğunu açıqladı

Stoltenberq Rusiyanın hərbi gəmilərinin nəylə vurulduğunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, Qara dəniz donanmasının gəmilərinə hücumlar Şimali Atlantika Alyansına üzv ölkələrin təchiz etdiyi raketlərlə həyata keçirilib.

Tribunainfo.az xarici mediaya istinadla xəbər verir ki, o, raketlərin adını da çəkib: Scalp və Storm Shadow.

Bundan əvvəl mətbuat konfransında Stoltenberq bildirib ki, Kiyevin təslim olması sülh gətirməyəcək, Ukraynanı suveren və müstəqil dövlət kimi qoruyub saxlayacaq danışıqlara ehtiyac var.

NATO-nun baş katibi bu sözlərlər Roma papası Fransiskin Ukraynanın Rusiya ilə münaqişədə təslim olma ehtimalı ilə bağlı şərhinə cavab verib.

Bundan əvvəl Roma Katolik Kilsəsinin rəhbəri Kiyev və Moskvanı danışıqlara başlamağa çağırıb, həmçinin uduzan tərəfin cəsarət toplayıb “ağ bayraq” qaldırmasının vacibliyinə diqqət çəkib.