Stoltenberq Norveç Mərkəzi Bankının sədri təyin olundu

Stoltenberq Norveç Mərkəzi Bankının sədri təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Baş katibi Yens Stoltenberq Norveç Mərkəzi Bankının sədri təyin olunub.

Tİa.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Stoltenberq 2021-ci ilin sonunda söyləyib ki, Norveç Mərkəzi Bankına rəhbərlik etməyə ümid edir, lakin Şimali Atlantika Alyansındakı mandatı bitənə qədər bunu edə bilməyəcək. Sözügedən mandat isə 2022-ci ilin sentyabrın 30-u başa çatır.

Norveç mətbuatı yazır ki, ölkə parlamentindəki partiyaların əksəriyyəti Y. Stoltenberqin bu vəzifəyə namizədliyini dəstəkləməyib. Nazirlər Kabineti NATO rəhbərinin bu vəzifədə kifayət qədər müstəqil ola biləcəyindən narahatdır. Belə ki, o, əvvəllər hakim “İşçi Partiyası”nın lideri olub.

Ümumilikdə Norveç Mərkəzi Bankının yeni rəhbəri vəzifəsinə 22 nəfər namizədliyini irəli sürüb.

Qeyd edək ki, Yens Stoltenberq 2000-2001 və 2005-2013-cü illər ərzində Norveçin Baş naziri vəzifəsini icra edib. 2014-cü ilin oktyabrın 1-dən isə NATO-ya rəhbərlik edib. Onun bu vəzifədə mandatının müddəti iki dəfə uzadılıb.