NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze ilə görüşüb və bu ölkənin NATO və Avropa İttifaqının (Aİ) bir hissəsi olmasını dəstəklədiyini bildirib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki,Stoltenberq NATO-nun tərəfdaşı olan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib və Rusiyanın işğal etdiyi bölgələrdə ilhaq qərarının qəbuledilməz olduğunu vurğulayıb.
Gürcüstan və NATO arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsinin necə mümkün olacağını müzakirə edəcəklərini bildirən Stoltenberq, “Gürcüstanın Avro-Atlantik ailəsinə tam üzvlük, daha çox demokratiya və rifah istiqamətində irəlilədiyini görmək istəyirik”, – deyib.
Kobaxidze həmçinin bildirib ki, vəzifəsini yerinə yetirdikdən sonra ilk xarici səfəri Brüssel, Aİ və NATO-ya olub və bu, onun ölkəsini sözügedən “ailə”nin bir hissəsi etmək istəyini əks etdirir.
Ölkəsinin bu illər ərzində NATO-nun rəhbərlik etdiyi missiya və əməliyyatlarda iştirak etdiyini deyən Kobaxidze bunun müdafiə qabiliyyətinin NATO ilə uyğunlaşmasına töhfə verdiyini bildirib.
Kobaxidze ölkəsinin 20 faiz ərazisinin işğal altında olduğunu vurğulayaraq, NATO və müttəfiqlərini ölkəsini həmişəkindən daha çox dəstəkləməyə çağırıb.
Xatırladaq ki, Kobaxidze ölkəsinin 20 faiz ərazisinin işğal altında olduğunu vurğulayaraq, NATO və müttəfiqlərini ölkəsini həmişəkindən daha çox dəstəkləməyə çağırıb.
Dəniz Pənahova