STOLTENBERQ ANKARAYA GƏLİR – ƏRDOĞANLA GÖRÜŞƏCƏKbackend

STOLTENBERQ ANKARAYA GƏLİR – ƏRDOĞANLA GÖRÜŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Ankaraya səfər edəcəyini açıqlayıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Stoltenberq təkbaşına səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO üzvlüyü ilə bağlı görüşəcəyini bildirib.

Norveçin paytaxtı Osloda keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuata açıqlama verən NATO baş katibi Stoltenberq, “Bu həftənin əvvəlində prezident Ərdoğanla görüşdüm. Mən həmişə İsveçin iştirakında irəliləyiş əldə etməyin vacibliyini vurğulayıram . İsveçin mümkün iştirakını necə əldə edə biləcəyimizi müzakirə etmək üçün yaxın vaxtlarda Ankaraya da gedəcəyəm” – deyib.

Bununla belə, Stoltenberq Ankaraya tək gedəcəyini vurğulayıb.

Ötən il Madriddə keçirilən NATO Liderlər Zirvə toplantısında Türkiyə və digər müttəfiqlərin İsveç və Finlandiyanı üzvlüyə dəvət etdiyini vurğulayan Stoltenberq deyib:

“Unutmamalıyıq ki, bütün müttəfiqlər və Türkiyə İsveçi tamhüquqlu üzv olmağa dəvət edib və bu, Madriddə keçirilən son sammitdə baş verib. Finlandiya və İsveç may ayında müraciət etdiyi üçün indiyə qədər bu çox sürətli qəbul prosesi olub. Finlandiya artıq üzv olub və əminəm ki, İsveç də olacaq. Bunun mümkün qədər tez baş verməsi üçün çalışırıq. Mesajım budur ki, İsveçin üzvlüyü Skandinaviya ölkələri üçün, Baltikyanı ölkələr üçün və həmçinin NATO üçün yaxşıdır. Bu, NATO-nu daha da gücləndirəcək, həm də Türkiyə və bütün müttəfiqlər üçün xeyirli olacaq. Yaxın vaxtlarda Ankaraya gedəcəyəm, amma tarix hələ dəqiq deyil”