Səhiyyənin Təminat Mərkəzi dünən iki tenderi ard-arda keçirib.
Tribunainfo.az xəbər verir ki, açıqlanan nəticələr eyni işin iki şirkətlə görüldüyünü deməyə əsas verib.
Belə ki, qan və qan komponentlərinin donorluğuna dair reaktiv və reagentlərin satın alınması ilə bağlı keçirilən hər iki tenderin qalibi fərqli şirkətlər olub. Onlarda biri “ALBATROS HELTKEYR” MMC-dir ki, STM onunla 1 milyon 86 min 481 manat əldə edib.
İkinci tenderin qalibi isə “LABSERVİS LTD” MMC-dir ki, bu şirkətlə də 1 milyon 98 min 113 manat satınalma müqaviləsi imzalanıb.
Maraqlıdır ki, eyni komponentləri niyə bir şirkətdən deyiL. Iki şirkətdən alıblar? Özü də bir gündə…
Fərda Uğur