Stiv Cobs zəmanəmizin pərəstiş edilməli şəxsiyyətlərindəndir.
Yaradıcısı olduğu “Apple” şirkəti dünyada bir çox cəhətlərilə irəli çıxsa da o, həmişə kölgədə qalmağa üstünlük verib. Milyarder 56 yaşında mədəaltı vəzinin xərçəngindən vəfat edib. Onun ölümqabağı son sözləri insan qəlbinin ən zərif simlərini belə titrədir.
Stiv Cobsun ölüm yatağında ikən yazdığı duyğusal son sözlərini oxucuların diqqətinə çatdırırıq.
“Mən iş dünyasında uğur zirvəsinə çatmışam, başqalarının gözündə mənim həyatım uğurun mahiyyətidir. Fəqət, işdən başqa, mənim sevincim çox azdır. Nəhayət, zənginlik – mənim öyrəşdiyim sadəcə həyat faktıdır. Qaranlıqda, həyatı təmin edən aparata bağlı şəkildə yaşıl rəngə baxanda, təkrarlanan mexaniki səsi eşidir, Allahın nəfəsini və ölümün yaxınlaşdığını hiss edirəm.
İndi, kifayət qədər var-dövlət toplayandan sonra, biz zənginliklə bağlı olmayan həyatın tamamilə digər tərəfləri haqqında düşünməliyik. Daha vacib olan nələrsə olmalıdır: ola bilsin ki, münasibətlər, ola bilsin incəsənət, ola bilsin uşaqlıq arzuları… Zənginlik arxasınca yorulmadan qaçmaq insanı oyuncağa çevirir, necə ki, mənimlə baş verdi. Allah bizə hiss verib ki, sevgimizi zənginlik illüziyalarına deyil, hər bir ürəyə verə bilək.
Siz maşınınızı sürmək üçün kimisə sürücü tuta bilərsiz, sizin üçün pul qazanan birini də tuta bilərsiz, lakin siz bütün pullarınız üçün heç kimi tuta bilməzsiniz ki, bu xəstəliyi sizinlə bərabər keçirsin. Maddi əşyalar tapıb almaq olar. Amma bir şey var ki, itiriləndə onu tapmaq və almaq mümkün deyil – “həyatı” pulla almaq olmur. Özünüzə diqqət edin.
Və başqalarına hörmətlə yanaşın. Yaşa dolduqca biz daha ağıllı oluruq və tədricən anlayırıq ki, 30 dollara olan saat da, 300 dollara olan saat da eyni vaxtı göstərir. Özümüzlə 30 dollar dəyəri olan pul kisəsini götürəcəyik, ya 300 dollar qiymətində olanı, ikisinə də eyni məbləğ sığışır. 150 000 dollar dəyərində olan avtomobildə gəzəcəyik, və ya 30 000 dollarlıq maşında, yol və məsafə eynidir və biz eyni məntəqəyə gəlib çatacağıq. Biz dəyəri 300 dollar olan və ya 10 dollar olan şərab içsək də, hər ikisindən aldığımız”keyf” eyni olacaq. Yaşadığımız ev 300 kvadrat metrlik olsun və ya 3000 kvadratmetr – sən tənhasan ki, tənhasan.
Sizin həqiqi daxili xoşbəxtliyiniz bu dünyanın maddi əşyalarından ibarət deyil. Siz birinci dərəcəli yerdə və ya ekonom klassda uçursunuzsa, fərqi yoxdur, təyyarə qəzaya düşəndə bir yerdə düşürsüz.
Nəhayət… İnanıram, anlayırsız ki, sizin dostlarınız var və ya kiminləsə danışa bilirsiz, bu həqiqi xoşbəxtlikdir!
Beş danılmaz fakt mövcuddur:
1.Uşaqlarınızı o cür tərbiyə etməyin ki, onlar varlı olmalıdır. Onları elə tərbiyə edin ki, xoşbəxt olsunlar. Ona görə də onlar böyüyəndə maddi əşyaların dəyərini biləcəklər.., dəyərin yox.
2. Yeməyi dərman kimi yeyin. Əks halda öz dərmanınızı yemək kimi yeyəcəksiniz.
3. Kim ki, sizi sevir, heç vaxt sizi tərk etməyəcək, hətta onun sizi tərk etməyə, sizdən imtina etməyə 100 səbəbləri olsa da, o bir səbəb tapacaq ki, dəyanətli olsun, sizi tənha qoymasın.
4.İnsan olmaqla adam olmaq arasında böyük fərq mövcuddur. Siz sadəcə tez getmək istəyirsinizsə, tək gedin! Yox, əgər uzaq getmək istəyirsinizsə, birlikdə gedin!
5.Dünyanın ən yaxşı altı həkimi.
- 1. Günəş işığı.
- 2. İstirahət.
- 3. İdmanla məşğul olmaq
- 4. Dieta.
- 5. Özünə inam
- 6. Dostlar
Bunları həyatınızın bütün mərhələlərində əsas tutun və sağlamlığınızdan ləzzət alın”.moderator.az