Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlunun anasının ölümünə səbəb olan “Stimul Hospital”ın həkimləri hələ də iş başındadır.
Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist Fərahim İlqaroğlu özü yazıb. O bildirib ki, nə həkim, nə də tibb bacısı işdən azad edilməyib:
“”Stimul Hospital”dan bizə bildiriblər ki, anamın ölümünə səbəb olan həkim-terapevt İlham Hüseyn və tibb bacısı Mələk Abbasovanı guya işdən çıxarıblar. Bu gün öyrəndim ki, bu “adamlar” işdən çıxarılmayıb. Sadəcə bir-iki həftə uzaqlaşdırma aldıqdan sonra, işlərinin başına qayıdıblar.
Rayon xəstəxanalarında çalışan həkimlər faiz qarşılığında bu klinikaya hər gün onlarla xəstə göndərirlər. Sağlam insanı ya ömürlük şikəst edirlər, ya da öldürürlər”.
Nigar