“Stimul Hospital”da 32 yaşlı qadının ölümü ilə bağlı DETALLARbackend

“Stimul Hospital”da 32 yaşlı qadının ölümü ilə bağlı DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yerləşən “Stimul Hospital”da 32 yaşlı qadının ölümü ilə bağlı bəzi detallar məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı iyulun 9-da klinikada vəfat edib. Onun meyiti ekspertiza müayinəsindən keçib və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Özəl xəstəxana isə xəbəri təkzib edib. “Stimul Hospital”dan Oxu.az-a bildirilib ki, orada belə bir hadisə baş verməyib.

***
11:24

Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.

Tribunainfo.az xəbər verir ki, hadisə “Stimul Hospital”da qeydə alınıb.

Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.

A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.

Ölüm faktı ilə bağlı prokurorluq araşdırma aparır.