İş stressi çalışan əksər insanın əsas problemidir. Bu isə birbaşa insan sağlamlığına mənfi təsir göstərir. Ancaq bəzi üsullarla iş stressini azaltmaq mümkündür.Tribunainfo.az xəbər verir ki, daxili gərginliyi aradan qaldıran bəzi qidalar var ki, onların qəbulu stressi azaldır.
Avokado – hormon səviyyəsini tənzimləyir.
Portağal – qreypfrut kimi sitrus meyvələri stress səviyyəsini aşağı salır.
Tünd şokolad – tərkibindəki “feniletilamin” maddəsi sayəsində xoşbəxtlik hissi verir.
Yulaflı və yağ səviyyəsi aşağı qidalar əsəbləri sakit saxlayır.
Qoz, ərik, üzüm qurusu, badam və fındıq kimi çərəzlər sinir sistemini rahatladır.