“ABŞ-ın sülh məsələsində aktivləşməsinə səbəb Rusiyanın bölgədə yenidən fəallaşmasıdır. Biz görürük ki, Rusiya fəal şəkildə Türkiyəni öz tərəfinə çəkməyə çalışır”. Tribunainfo.az xəbər verir ki, bu sözləri politoloq Davit Stepanyan deyib.
Onun sözlərinə görə, Rusiyanın Zəngəzur dəhlizinin açılması və Ermənistan-Azərbaycan münasibətlərinin düzəlməsi prosesində maneçiliyi çox böyküdür. “Moskva sülh istəmir. Çünki sülh olarsa, Rusiyanın bölgədə heç bir işi qalmayacaq”.
Erməni politoloq vurğulayıb ki, bugünkü geosiyasi şəraitdə Azərbaycanı sülhə getməyə məcbur edə biləcək bir yol var. “ABŞ təzyiq etsə, yəni ABŞ-da qərar qəbul edilir ki, Azərbaycan sazişi imzalamalıdır və bütün təsir rıçaqlarından istifadə edərək Əliyevi buna getməyə məcbur edə bilər. Hazırda ABŞ-da belə bir məqsədəuyğunluq görmürəm, ona görə də bu gün onun həyata keçirilə biləcəyinə inanmıram”.