Stefan Mayerdən Zəhrayla bağlı bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqındakı CDU/CSU parlament qrupunun üzvü Stefan Mayer bəyanatla çıxış edib.  

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqındakı CDU/CSU parlament qrupunun üzvü Stefan Mayer bəyanatla çıxış edib. 

TİA.AZ  xəbər verir ki, Sovet İttifaqının süqutu zamanı Ermənistan və Azərbaycan arasında mütəmadi olaraq zorakı halların baş verdiyini bildirən Stefan Mayer qeyd edib ki, nəticədə Dağlıq Qarabağ münaqişəsi iki ölkənin silahlı qüvvələri arasında qanlı döyüşlərə səbəb oldu. Bu münaqişə hər iki tərəf üçün köçkün axınının yaranması və minlərlə günahsız insanın ölümü ilə yadda qaldı. Bu qanlı savaşda iyirmi beş minə yaxın insan həlak olmuş, bir milyona yaxın dinc sakin isə didərgin düşmüşdür.

Almaniyalı deputat vurğulayıb ki, müharibə nəticəsində Ermənistan nəinki Dağlıq Qarabağı, yəni Azərbaycan ərazisinin beş faizini, həmçinin Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu da işğal edib. 1993-cü ildə Azərbaycan ərazisinin bir hissəsinin hərbi işğalı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən pislənilib. Almaniya Federativ Respublikası tərəfindən dəstəklənən bu tələb indiyədək qüvvədədir. 

Stefan Mayer vurğulayıb ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Avropa İttifaqı və  Almaniya bu münaqişənin yalnız sülh yolu ilə həll ola biləciyindən əmindirlər. O, 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş parlament seçkilərini nə Avropa İttifaqı, nə də Almaniya tərəfindən tanıdığını qeyd edib. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyət göstərən Minsk Qrupu 1992-ci ildən bu günədək regionda sülh yaratmağa çalışır.

Dağlıq Qarabağın işğalı beynəlxalq hüquq üzrə öhdəlikləri pozur. BMT Xartiyasının II maddəsi,  3 və 4 saylı bəndinə əsasən, bütün ölkələr öz beynəlxalq mübahisələrini elə həll etməlidir ki, beynəlxalq hüquq, təhlükəsizlik və ədalət təhlükə altına düşməsin. BMT-nin hər bir üzvü digər ölkənin ərazi bütövlüyünə təhlükə altına ala biləcək və təşkilatın məramına zidd hərəkətlərdən çəkinməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, məcburi köçkünlər öz vətənlərinə qayıtmalıdırlar. 

S.Mayerin sözlərinə görə, 2012-ci ildə Almaniya Bundestaqında Dağlıq Qarabağ konfliktiinin 20 illiyinə həsr olunmuş toplantıda, CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu münaqişənin həll yollarına dair müzakirələr keçirmiş və öz təkliflərini vermişdir. Bundestaq deputatının fikrincə, münaqişənin sülh yolu ilə həlli və münasibətlərin normallaşması bütün regionda sosial və iqtisadi impulslar yaradacaq.

Bu baxımdan Almaniya Bundestaqında fəaliyyət göstərən CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu, BMT, NATO və ATƏT kimi qurumlar münaqişə tərəflərinə bir daha müraciət edərək Dağlıq Qarabağ məsələsinin həlli üçün səyləri artırmağa çağırıblar. Tərəflər arasında aparılan danışıqlarda ilk növbədə təmas xəttinə yaxın ərazidə yaşayan dinc sakinlərin təhlükəsizlik məsələləri müzakirə predmetinə çevrilməli və öz həllini  tapmalıdır.