“Status-kvo”nu dəyişməyin vaxtı çatıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk”. 

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk”.

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Sankt-Peterburq görüşündə, aprelin 29-da Moskvada görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb.

“Həmin sənədə əsasən münaqişənin həlli istiqamətdə irəliləməyin yollarını müzakirə etdik. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir. “Status-kvo”nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, “status-kvo” qəbuledilməzdir”, – deyə nazir qeyd edib. (apa)