“Standard Insurance” sığorta şirkətinin 2018-ci ilin yanvar-aprel ayları üzrə göstəriciləri məlum olub. Tia.az şirkətin hesabatına istinadən xəbər verir ki, “Standard Insurance”ın yığımları 56,7% və yaxud 3,123 milyon manat azalaraq 2,392 milyon manata düşüb. Halbuki, ötən ilin ilk 4 ayında sığorta şirkəti 5,525 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 54% azalaraq 1,087 milyon manata düşüb. 2017-ci ilin yanvar-aprel aylarında isə şirkətin ödəniş xərcləri 2,364 milyon manat olmuşdu.
Yığımların ödənişlərə nisbətən daha çox azalması zərərlilik göstəricisinə də təsir edib. Belə ki, 2017-ci ilin 4 ayında “Standard Insurance” topladığı hər 100 manatdan 42,8 manatını ödəniş olaraq müştəriləri qaytarıbsa, bu ilin eyni dövründə bu rəqəm 45,4 manata qədər yüksəlib.
Qeyd edək ki, yığımlarla yanaşı ödənişlərin də azalması şirkətin portfelinin kiçildiyini göstərir.
TİA.AZ