SSRİ-də mövcud olmayan məhsullar üçün 6 min reklam filmi çəkilib – Səbəb nə idi?backend

SSRİ-də mövcud olmayan məhsullar üçün 6 min reklam filmi çəkilib – Səbəb nə idi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SSRİ-də mövcud olmayan məhsullar üçün 6 min reklam filmi çəkilib.

Bakupost.az bu maraqlı və tarixi hadisəni araşdırıb.
Həmin araşdırmanı təqdim edirik:
Bildiyiniz kimi, reklam bazarda mövcud olan məhsulların satışını artırmaq üçün çəkilir. Amma keşmiş SSRİ-də bir vaxtlar bunu əksi baş verib.
1922-ci ildə bolşeviklərin daxili savaşda qələbə əldə etdikdən sonra bütün Rusiya və müttəfiq respublikalarda idarəçiliyi ələ alaraq qurduqları sovet hakimiyyəti dağıldığı tarixə qədər bir sıra qəribə hadisələrlə yadda qalıb. Belə hadisələrdən biri də ölkədə yayımlanan reklamlarla bağlı olub. Belə ki, 1967-ci ildən 1991-ci ilə qədər sovet hakmiyyəti heç kimin ağlına gəlməyəni edərək hələ mövcud olmayan məhsulların PR-ı üçün minlərlə reklam filmi istehsal edib.
SSRİ-nin o vaxtkı lideri Leonid Brejnyev sovet ittifaqının mərkəzi Estoniyada yerləşən yeganə reklam agentliyi olan “EESTİ Reklamfilm”ə (ERF) istehlak mallarına köklənməyi əmr edir. Beləliklə, agentlik 1967-1991-ci il tarixləri arasında dövlətə məxsus şirkətlərin istehsal etmədiyi və ümumiyyətlə, istehsal etmək niyyətində olmadığı məhsullar üçün minlərlə reklam filmləri çəkir.
Dondurma, avtomobil, müxtəlif növ konserv məhsulları, ikiqatlı unitaz qapağı kimi mövcud olmayan məhsullar üçün agentlik təxminən 6000-ə yaxın reklam filmi hazırlayıb.
Bəs bunu nə üçün ediblər?
EFR haqqında “The gold spinners” adlı sənədli film çəkən rejissor Hardi Volmer SSRİ rəhbərliyinin bu qərarını belə izah edib:
“Bu hadisə tamamilə planlaşdırılmış iqtisadi axmaqlıq idi. Sovet hakimiyyətində sabit saxlanılması vacib olan dəyərlər var idi. Geri qalan hər şey gerçək olması planlaşdırılan saylara görə tənzimlənirdi və bu, olduqca çətin idi. Eyni zamanda sovet şirkətlərinin hər birinin büdcəsinin 1 faizinin reklama xərclənməsi ilə bağlı sabit plan var idi. O zaman həmin pul xərclənməli idi. Reklam filmlərinin keyfiyyətinin yüksək və ya aşağı səviyyədə olub-olmaması isə heç kimin vecinə deyildi”.
Reklam filmləri əyləncəli olsa da, çaşqınlıq yaradırdı. Sovet İttifaqında yaşayan xalqların əksəriyyəti bu fikirdə idi: “Əgər məhsulların keyfiyyəti həqiqətən də yaxşıdırsa, o zaman niyə reklama ehtiyac hiss edirlər”.
Sadə vətəndaşlar keyfiyyətli məhsulların sürətlə satıldığı, rəflərdə üst-üstə yığılıb qalan və reklam olunan məhsulların isə keyfiyyətsiz olduğunu düşünürdülər.
Digər tərəfdən isə SSRİ-də reklamlar olduqca populyalaşmağa başladı. Sovet kanallarında hər cümə ertəsi günortadan sonra yayımlanan20 dəqiqəlik reklam bloku bir anda sovet ailələrinin ən çox və maraqla baxdığı ekran məhsullarına çevrilmişdi.