Sovet qanunları və qadağaları SSRİ ölkələrinə üz tutan avropalıları, amerikalıları necə deyərlər, şoka salırdı.
Tribunainfo.az “life.ru”ya istinadən xəbər verir ki, 1950-ci illərin sonlarında SSRİ ölkələrinə xarici turistlərin gəlməsi ilə “Dəmir pərdə” zəifləməyə başladı. Beləliklə, bu ölkələrdə tətbiq olunan qadağalardan dünya xəbər tutdu.
Əcnəbilərə şok yaşadan qadağaları təqdim edirik.
Əcnəbi ilə evlənmək qadağası
SSRİ-də başqa dövlətin vətəndaşı ilə nikaha birbaşa qadağa müharibədən sonra, 1947-ci ildə tətbiq edilmişdi. Məlumata görə, bu səbəb 26 milyon 600 min insanın müharibə qurbanına çevrilməsi ilə bağlı olub. Qadağa əhalinin artımına hesablanıb.
İctimai yerlərdə öpüşmək qadağası
Küçədə və ya kafedə, ictimai yerlərdə ucadan danışmaq, gülmək, zarafat etmək adi qəbul olunmurdu. Sevgini ictimaiyyət içərisində ifadə etmək adət deyildi. Vida öpüşü isə ədəbsizlik hesab edilirdi.
Valyutaya sahib olmaq və ya dəyişmək qadağası
İşsizlik qadağası
SSRİ-də işləməyənlərin həbsdə olması əcnəbiləri heyrətləndirirdi. Hər kəs cəmiyyətin rifahına töhfə verməli idi.
Kişilər üçün uzun saç qadağası
Sovetlər ölkəsi sözün əsl mənasında kişilərə necə geyinməyi və saçlarının nə qədər uzun olmasını diktə edirdi. Bu qaydalar məktəbdə öyrədilirdi.
Pirsinq və kişi sırğalarına qadağa
Pirsinqli bir qız cəmiyyətə ideoloji cəhətdən yad sayılırdı. Kişilər üçün sırğalar normadan kənar sayılırdı. Çox güman ki, buna homoseksual münasibətlərə qoyulan qadağa səbəb olub. Sodomiyaya görə, 8 ilə qədər həbs cəzası ala bilərdilər. Kişilər bəzək əşyası kimi üzük, qalstukda sancaq, qol düymələri, saat istifadə edə bilərdi.
Sol əl qadağası
SSRİ-də bütün maşınlar, cihazlar, qayçı və hətta tərəvəz bıçaqları sağ əlli insanlar üçün nəzərdə tutulmuşdu. Solaxay bir insanın sağ əlli bir dünyada yaşamasının çətin olacağına inanılırdı.
Bəzi idman növlərinə qadağa
Hesab olunurdu ki, karate və bodibildinq cinayətləri artıra bilər. Sambo və cüdonun inkişafına isə xüsusi diqqət edilirdi.
Yenidən satış qadağası
Hər hansı bir məhsulu ucuz alıb baha satmaqla varlananların sayı kifayət qədər çox idi. SSRİ-də bu əmələ görə 3 illik həbs, əməli təkrarlamağa görə isə 8 ilə qədər həbs müəyyən olunmuşdu.