TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, 1963-ci ildə Sovet İttifaqının Türkiyəyə düşməkdə olan gizli bir peykinin havada partladıldığı ortaya çıxıb.
TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, 1963-ci ildə Sovet İttifaqının Türkiyəyə düşməkdə olan gizli bir peykinin havada partladıldığı ortaya çıxıb.
Moskovski Komsomolski qəzetinin yazdığına görə, Sovet müharibə veteranı və pilotu Əsadulla Niqmatulli həyatından danışarkən Sovet dövrünə aid bir peyk qəzasına da toxunub.
Qəzetin məlumatına görə, Kosmos-3 adlı Sovet peyki eniş zamanı qabaqcadan müəyyən edilmiş yoldan azıb. Qəzet, “Kosmos-3 peyki Türkiyənin üzərinə düşürdü və bu səbəbdən peyki havada partlatdılar” yazıb.
Sputnikin Rus tarixi mənbələrindən apardığı araşdırmaya görə, Kosmos-3 süni peyki elmi tədqiqatlar məqsədilə 24 aprel 1962-ci ildə Rusiyanın Həştərxan regionundakı Kapustin Yardan atılmışdı. Qəzanın avqust 1963-cü ildə meydana gəldiyi irəli sürülür.
İlahə