“SS HALL Baku”da təhlükəli tikinti aparıldı, cərimə olundubackend

“SS HALL Baku”da təhlükəli tikinti aparıldı, cərimə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“SS HALL Baku” (“Su Sonası” şadlıq sarayı) restorandında təhlükəsizlik təmin olunmadan təmir-tikinti işlərinin aparılması müəyyən edilib.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı “SS HALL Baku”nun direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Aparılan araşdırma zamanı məlum olub ki, 18 dekabr 2022-ci ildə “SS Hall Baku” restoranının ikinci mərtəbəsində daimi təsirli təhlükəli istehsalat zonasına aid olan yer səthindən 5.5 metr hündürlükdə yerləşən kənarları mövcud qaydaların tələblərinə uyğun olan məhəccərlə bağlanmamış iş sahəsində təmir işinin təhlükəsiz aparılması üçün həmin iş sahəsində işləyən işçilər fərdi mühafizə vasitələri ilə təmin edilməyib. “Təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə”nin tələbləri ciddi şəkildə pozulub. Elə həmin gün “Su Sonası” şadlıq sarayında işlər dayandırılması barədə qərar qəbul edilib.
Məhkəmənin qərarı ilə “SS HALL Baku”nun direktoru İnzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilib.