Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayake Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Tribunainfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Zati-alinizin uzaqgörən rəhbərliyi Azərbaycanı sülh, tərəqqi və firavanlıq yolu ilə irəliyə doğru aparmışdır.
Mən, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), xüsusilə də iqlim dəyişikliyi problemi ilə bağlı kollektiv səylərin birləşdirilməsində Azərbaycanın nümunəvi rəhbərliyini yüksək qiymətləndirirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram”.