Son zamanların məşhur seriallarından Cənubi Koreya istehsalı olan Squid Game-in yaradıcısı serialın çəkilişləri zamanı stresdən dişlərinin töküldüyünü bildirib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, dünyada yayılan “Squid Game” seriyasının maraqla gözlənilən ikinci mövsümü üçün geri sayım başladı.
Serialın yeni sezonu 26 dekabr 2024-cü ildə tamaşaçılarla görüşəcək.
Rejissor, yazıçı və icraçı prodüser Hvanq Donq-hyuk BBC-yə serialın ilk sezonu haqqında danışıb.
Hvang Dong hyuk ilk sezonun çəkilişləri zamanı 6 dişini itirdiyini açıqlayıb.
Hvang Dong hyuk son müsahibəsində serialın ilk sezonunun yaratdığı stress səbəbindən 8-9 dişini itirdiyini bildirib.
Ceyran