“SPUTNİK MOLDOVA”NIN RƏHBƏRİ ÖLKƏDƏN DEPORTASİYA EDİLİBbackend

“SPUTNİK MOLDOVA”NIN RƏHBƏRİ ÖLKƏDƏN DEPORTASİYA EDİLİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselev artıq hadisəyə münasibət bildirib.

Tribunainfo.az xəbər verir ki, “Sputnik Moldova”nın rəhbəri Vitali Denisov Moldovadan deportasiya edilib və ona ölkəyə girişinə 10 il qadağa verilib.

Bu barədə Denisov özü RİA Novosti ilə söhbətində bildirib.

Kişinyovda miqrasiya xidmətinin əməkdaşları onun evinə gələrək onu maşına mindirib və ilk reysdə deportasiya qərarı ilə hava limanına aparıblar.

“Mənə əşyalarımı yığmağa, ev heyvanlarımı götürməyə və s. imkan vermədilər. Moldovaya girişin 10 il müddətinə qadağan edilməsi barədə əmr verdilər. Səfirə məlumat verildi”, – jurnalist bildirib.