“Sprut” serialının ulduzu Remo Cirone vəfat edib

“Sprut” serialının ulduzu Remo Cirone vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyalı aktyor Remo Cirone 76 yaşında Monakoda vəfat edib.

Bu barədə Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir.

Cirone 50-dən çox filmdə rol alıb, lakin əvvəlcə komissar Kattaninin, sonra isə hakim Silvia Kontinin mübarizə apardığı “Sprut” (“La Piovra” – red.) serialındakı mafioz Tano Kariddi rolu ilə şöhrət qazanıb.

O, həmçinin Ceyms Menqoldun “Ford Ferrariyə qarşı” və Antuan Fukuanın “Daha bərabərləşdirici 3” kimi Hollivud filmlərində çəkilib.