Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Üzümçülük və şərabçılıq haqqında” qanuna yeni 15-1 (şərabçılıq məhsullarının reklamı) maddəsinin əlavə edilməsi müzakirə olunub.
Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Üzümçülük və şərabçılıq haqqında” qanuna yeni 15-1 (şərabçılıq məhsullarının reklamı) maddəsinin əlavə edilməsi müzakirə olunub.
Yeni maddəyə əsasən aşağıdakı reklam daşıyıcılarında şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz:
– Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində;
– Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda;
– Nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla).
Qeyd edək ki, layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Görəsən, şərabçılıq məhsullarının reklamına qoyulacaq məhdudiyyət mətbuatın iqtisadi vəziyyətinə necə təsir göstərəcək?
Məsələ ilə bağlı “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı TİA.AZ– a bildirdi ki, çap mətbuatında reklam gəlirləri onsuzda yox dərəcəsindədir:
“Mətbuatın reklam gəlirləri o dərəcədə də böyük deyil, çox cüzidir və az faiz təşkil edir. Ancaq şərabçılıq məhsullarının reklamı televiziyalarda və elektron kütləvi informasiya vasitələrində aparılır. Mən hesab edirəm ki, bu rekam haqqında qanuna görə uyğundur. Çünki televiziyalara əsasən baxanlar uşaqlar və gənclərdir. Şəraba olan marağa meyl də zərərli vərdişlərdən hesab olunur. Bu baxımdan hesab edirəm ki, reklamın məhdudlaşması normal bir haldır. Gecə reklamının müəyyən verilmə qaydaları var. Eyni zamanda çap mətbuatında birinci və axrıncı səhifələrdə reklamın verilməsinin məqbul hesab edilməsini də normal hesab edirəm. Mətbuatın iqtisadi vəziyyətinə gəldikdə isə, rekam gəlirlərinin həcmi mətbuatda o qədər də böyük deyil və verilən qərar bizi qayğılandırmır”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov şərabçılıq məhsulunun reklamının məhdudlaşmasının çox mühüm bir məsələ olduğunu nəzərə çatdırdı: “5 il bundan öncə Ramazan ayında Azadlıq prospekti ilə Bakıxov prospektində küçənin kəsişməsində araqların reklamı gedirdi. Mən ciddi məsələlər qaldırdım və o reklamı ordan götürməyə nail oldum. Azərbaycan müsəlman ölkəsidir. İslam oyunları, yarışlar keçirilir. Şərab məhsullarının, spirtli içkilərin reklamı olmasa yaxşıdır. Ümumiyyətlə, buna qadağa qoyulmalıdır”.
İlahə