Spikerlə deputat əlbəyaxa oldu: bir birini vurublar

Spikerlə deputat əlbəyaxa oldu: bir birini vurublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökumətinin iclasında dava düşüb. Tribunainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzet bildirib ki, deputat Andranik Koçaryanla spiker Alen Simonyan yeni ədliyyə naziri təyinatı ilə bağlı mübahisə ediblər. Sözügedən nazir postuna namizəd məsələsində sözləri çəp gələn spikerlə deputat, əsəblərini cilovlaya bilməyərək, bir birilərinə əl qaldırıblar.
Hökumət üzvlərinin müdaxiləsindən sonra ara sakitləşdirilib.
Simonyan mətbuata açıqlamasında hadisəni təkzib etməyib. Amma mediada məsələnin şişirdildiyini bildirib.