“Spark” MMC ilə “Progress Constructions Group” məhkəməlik oldubackend

“Spark” MMC ilə “Progress Constructions Group” məhkəməlik oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində böyük layihələr həyata keçirən “Progress Construction Group”la bağlı məhkəməyə müraciət olunub.

Tribunainfo.az xəbər verir ki, sözügedən MMC ilə bağlı məhkəmədə iddianı beton şirkəti olan “Spark” MMC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər arasında alqı-satqı müqaviləsi səbəbindən mübahisə yaşanır.

İş Bakı Kommersiya Məhkəməsindədir. 14 iyun tarixində işə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar