Bakıda Beton qarışdıran maşının pompasının aşması 31 yaşlı gəncin həyatına son qoyub. Hadisənin baş verdiyi avtomobil “SPARK” MMC-yə məxsus olub.
Tribunainfo.az Ajans.az-a istinadən xəbər verir ki, Salyan rayonun Sarvan kəndinin 31 yaşlı sakini Abdullayev Tahir Yunsur oğlunun Bakı şəhərində fəhlə işlədiyi tikintidə beton qarışdıran maşının pompasının üzərinə düşməsi nəticəsində həyatını itirib.
Faciə nəticəsində ölən Abdullayev Tahir bu gün Sarvan kəndində dəfn olunub.
Xatırladaq ki, Spark Azmade Qrupa daxildir 1997-ci ildə yaradılıb, 18.66 mln. manat nizamnamə kapitalı var.
“Azmade Group”un İdarə Heyəti sədri Emruz İsgəndərovdur