“SPARK” cərimələndi

“SPARK” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SPARK” MMC barəsində inzibati xəta haqqında icraat başladılıb.

Tribunainfo.az xəbər verir ki, “SPARK” İnzibati Xətalar Məcəlləsinin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan müvafiq maddəsinin tələbini pozub.
Belə ki, tələbi pozulan 462.1-ci maddəyə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

İşə 12 mart tarixində Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Nigar