“Space” telekanalının efirində “Köhnə tüfəng” filminin anonsunda həkimin arvadını yandırması epizodu verilir.
“Space” telekanalının efirində “Köhnə tüfəng” filminin anonsunda həkimin arvadını yandırması epizodu verilir.
Şübhə yox ki, gün ərzində dəfələrlə efirə verilən anonsda qadının yandırılması kadrlarına azyaşlılar da baxır. Bu isə onlarda müxtəlif psixoloji sarsıntılar, zorakılığa meyl və digər xoşagəlməz hallar yaradır.
Bu fakta münasibət bildirən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Publika.az-a deyib ki, səhər saat 07:00-dan axşam 23:00-dək istər anons, istərsə də, film və ya verilişlərdə zorakılıq səhnələri yolverilməzdir: “Qeyd olunan fakta gəldikdə, bunun araşdırılmağa ehtiyacı var. Hazırda fakt təhlil olunur. Həqiqətən də həmin səhnə 23:00-a qədər efirə verilibsə, arayış tərtib olunacaq. Bu məsələyə qanun çərçivəsində yanaşacağıq. Qeyd etdiyimiz saatlarda zorakılıq, özünəqəsd səhnələrinin verilməsi qadağandır. Xüsusən də, uşaq və yeniyetmələrin psixologiyasına vuracağı ziyan nəzərə alınaraq efirə verilməsi icazə verilmir. Biz bu faktları araşdırırıq, faktın əhəmiyyətinə uyğun olaraq tədbir görülür”.