“Space”də əlbəyaxa dava – İki xanım işdən qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Space TV”də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub. 

Bu gün “Space TV”də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub.


TİA.AZ  muavat.com-a istinadən xəbər verir ki, xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejissor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb.

Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağrılıb. Hər iki işçi kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.

Məsələ ilə bağlı KİV təmsilçiləri telekanalın xəbərlər xidmətinin baş redaktoru Afət Telmanqızı ilə əlaqə saxlayıblar. Baş verən olayla bağlı ətraflı danışmaq istəməyən xanım aparıcı məlumatı təsdiq edib.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iki həftə bundan əvvəl baş verib.  Xəbər aparıcısı ilə rejissorun tez-tez mübahisəsi olub və bu anlaşılmazlıq dava ilə nəticələnib. 

Space TV-nin rəsmisi Kamil Şahverdiyev isə “Qafqazinfo”ya açıqlamasında hər iki xanımın işdən çıxarıldığını təsdiqləyib.