“Hazırda ölkə ərazisində müşahidə olunan hava cənub, cənub-şərq istiqamətdən daxil olan hava kütlələri ilə bağlıdır. Lakin bu cür hava dayanıqlı olmayacaq”. “Hazırda ölkə ərazisində müşahidə olunan hava cənub, cənub-şərq istiqamətdən daxil olan hava kütlələri ilə bağlıdır. Lakin bu cür hava dayanıqlı olmayacaq”.
TİA.AZ xəbər verir ki, bu barədə publika.az-a Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, belə havada atmosfer təzyiqi aşağı düşür və digər hava kütlələrinin gəlməsi ehtimalı daha çox olur: “Bugünkü hava şəraiti 1-2
gün davam edə bilər. Havanın temperaturunda əvvəlki günlərlə müqayisədə çox da ciddi fərq müşahidə eidlmir. Bir neçə gün sonra hava şəraiti
yenidən dəyişəcək. Çox da soyuq olmasa da, noyabr ayı üçün səciyyəvi olan hava şəraiti müşahidə olunacaq. Lakin bundan isti hava şəraiti qeydə alına bilməz. Əslində, noyabr ayının ilk 15 günlüyündə fasilələrlə bu cür hava müşahidə edilir. Ancaq bundan əvvəl respublika ərazisində müşahidə olunan hava səciyyəvi hesab olunmur”.
M.Həsənov bu cür hava şəraitinin kənd təsərrüfatı üçün əlverişli olduğunu vurğulayıb: “Belə havalar xüsusən də pambıqçılıq üçün çox xeyirlidir.
Həmçinin yığımı başa çatmamış kənd təsərrüfatı bitkiləri və payız əkini üçün əlverişlidir. Lakin bu hava uzun müddət davam etməyəcəyindən
təsərrüfat sahibləri işlərini qısa zamanda başa çatdırmalıdırlar”.