Tərliykən soyuq su içmək və dondurma yemək insanı xəstə etmirmiş.
Tribunainfo.az xəbər verir ki, türkiyəli professsor, qulaq-burun-boğaz həkimi Necati Ənvər bildirib ki, soyuq su və dondurmanın xəstəliyə səbəb olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
Həkim bildirib ki, tərliykən uşaqlara soyiq su və dondurmanı rahatlıqla yedirdı bilərsiniz. Onun sözlərinə görə, insanı xəstə edən zəif orqanizmi, virus və bakteriyalardır:
“Soyuq su və dondurma səs tellərimizə dəymədiyi üçün onlara heç bir şəkildə təsir etmir. Su və qida ağızdan qida borusuna, oradan da mədəmizə düşür. Yəni, səsimizi batıran soyuq su və dondurma deyil. İsti havada susuz qalmağımız, az maye qəbul etməyimiz səsimizi batırır, həmçinin immuniyetimizin zəif olması da səs tellərimizi zəiflədə bilər”.