Soyuq qış günlərində bu vitaminlər qəbul edilməlidir – Stepanovadan MƏSLƏHƏT

Soyuq qış günlərində bu vitaminlər qəbul edilməlidir – Stepanovadan MƏSLƏHƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xüsusilə qış aylarında hər gün gündüz vaxtı gəzintiyə çıxma laımdır. Çünki bu cür gəzintilər yuxu hormonu melatoninin istehsalını təşviq edir”.

Bunu diyetoloq Alena Stepanova “Zvezda” telekanalına müsahibəsində bildirib

Onun fikrincə, havanın soyuq və çiskinli olmasına baxmayaraq, çölə çıxmaq lazımdır.

Həkim qışda insan orqanizmi üçün lazım olan vitaminlərin də adını çəkib. Onların arasına ən yaxşı profilaktik miqdarda qəbul edilən C və D vitaminlərini də daxil edib.

“Özünü müalicə etməməlisən, çünki əks göstərişlər var. Hər bir vitaminin öz formaları, dozaları mövcuddur”, – deyə mütəxəssis xəbərdarlıq edib.

Həkim qışın soyuğunda pəhrizin müxtəlifliyinə nəzarət etməyi də tövsiyə edib. Onun fikrincə, tortlar və xəmir xörəkləri həddindən artıq çox qəbul edilməməlidir.

Bundan əvvəl diyetoloq Anna Belousova depressiya ilə mübarizə aparan məhsulların adını açıqlayıb. Onlara xurma, yerkökü və balqabaq kimi narıncı meyvə və tərəvəzləri aid edib. Bu qidaları payız və qışda yemək qısa gündüz saatlarında əhval-ruhiyyəni yaxşılaşdırır.