backend

“Soyuq müharibə”dən sonda BİR İLK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya “soyuq müharibə” vaxtlarından bu yana ilk dəfə Qara dənizə hərbi missiya ilə döyüş gəmisini göndərə bilər. 
Böyük Britaniya “soyuq müharibə” vaxtlarından bu yana ilk dəfə Qara dənizə hərbi missiya ilə döyüş gəmisini göndərə bilər.

TİA.AZ xəbər verir ki, bu haqda “The National Interest” analitik nəşrində jurnalist Maykl Pek yazıb.
“Bu, Rusiyaya dəqiq siqnal olacaq ki, Ukraynaya müdaxilədən imtina etsin”, – müəllif qeyd edib.
Maykl Pek qeyd edib ki, London Qara dəniz akvatoriyasına “HMS Diamond” esminesini göndərmək niyyətindədir. Jurnalist xatırladır ki, Britaniya gəmiləri Krıma sonuncu dəfə 1854-cü ildə yaxınlaşıb. Həmin vaxt ingilis-fransız gücləri bir neçə yüz gəmidən ibarət idi, amma 600 əsgər Sevastopolu tutmaq üçün kifayət edib.
O vurğulayır ki, Britaniya hərbi donanmasının ən müasir və ən yeni esminesinin içində “Sea Viper” və “Harpoon” gəmi əleyhinə raketləri, həmçinin “Falanks” hava hücumundan müdafiə üzrə raketlər var. 2007-ci ildə suya endirilən “Diamond” həmçinin dəniz piyadaçıları nəql edən vertolyotlara malikdir.
Amma müəllifin fikrincə, Rusiya prezidenti Vladimir Putin və onun hökuməti Böyük Britaniyanın belə addımından çətin ki, təhlükə hiss edəcəklər: “Bir gəmi və 60 dəniz piyadaçının göndərilməsi simvolik xarakter daşıya bilər”.