Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Rusiya Təhlüksəzilik Şurasının katibi Sergey Şoyqu İrana səfər edib və orada bir sıra görüşlər keçirib. Tribunainfo.az xəbər verir ki, həmin səfərin rəsmi olaraq iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün baş tutduğu qeyd edilsə də, İran-İsrail müharibəsi ərəfəsində baş verəməsi müxtəlif müzakirələrə səbəb olub.
Qeyd edək ki, İran tərəfi HƏMAS liderinin öldürülməsindən sonra İsrailə zərbə endirəcəyini bəyan edib. Bunun üçün hazırlıq görüldüyü də inkar edilməyib. Hətta Tehran mediası da açıq şəkildə rəsmi qaynaqlara istinadən xəbər yayıb ki, hücum baş verəcək, lakin onun vaxtı məxsi saxlanılır.
Şoyqunun məhz bu ərəfədə İrana səfər etməsi isə daha çox Rusiyanın mümkün savaş fonunda Tehrana hansı dəstəyin veriləcəyini müzakirə etmək üçün baş tutduğu ən çox ehtimal olunandır. Çünki bu səfərin ardından İranın Rusiyandan havadan müdafiə sistemləri, o cümlədən S-300 zenit-raket kompleksləri və SU-35 döyüş təyyarələrini israrla istədiyi qeyd edilir.
Bu gün isə İran mənbələri Şoyqunun səfərinin daha bir detalını açıqlayıblar. Tribunainfo.az İran mediasına istinadən yazır ki, SEPAH-dakı mənbələri və diplomatik qaynaqlar Rusiyanın İran mümkün dəstəyi barədə danışıblar. Onlar bildiriblər: “İran və Rusiya arasında qisasdan əvvəl yüksək səviyyəli qarşılıqlı əlaqələrin olması onu göstərir ki, Amerika İrana hücum etmək və ya müdafiə qurmaq istəsə, İranın müttəfiqləri buna biganə qalmayacaq. Bu gün Amerika və Qərb İran və Rusiya əməkdaşlığının strateji səviyyəyə çatması faktı ilə üz-üzədir. Onlar İran, Rusiya və Çin arasında münasibətləri böyük problem hesab edirlər”.